KİV: Almaniya İsveçrədən “Leopard 2” tankları almaq istəyir

2022/06/Leopa-1654253399.jpg
Oxunub: 226     13:36     03 Mart 2023    
Almaniya Ukraynaya hərbi yardım çərçivəsində göndərdiyi tankları əvəz etmək üçün İsveçrəyə “Leopard 2” tankları almaqla bağlı müraciət edib.

Ordu.az xəbər verir ki, bu barədə İsveçrənin “Blick” nəşri məlumat yayıb.

Qeyd olunub ki, Almaniyanın iqtisadiyyat naziri Robert Habek və müdafiə naziri Boris Pistorius İsveçrəyə məxsus tankların “Rheinmetall” şirkətinə satılması barədə müraciətlə İsveçrə Federal Müdafiə, Mülki Müdafiə və İdman Departamentinin rəhbəri Viola Amherdə məktub ünvanlayıb.

Məktubda söhbət İsveçrə ordusuna məxsus istismardan çıxarılan 96 tankdan gedir. Həmçinin qeyd olunub ki, bu tanklar Kiyevə göndərilməyəcək, NATO və Aİ ölkələrinin ordularında yaranmış “boşluqları” doldurmaq üçün lazımdır.

İsveçrə Müdafiə Nazirliyi isə öz növbəsində qeyd edib ki, ordunun ehtiyacı nöqteyi-nəzərindən, məhdud sayda tank göndərilə bilər, çünki ölkənin özünə isə 34 ədəd istismara yararsız tank lazımdır.

Qeyd edək ki, hazırda İsveçrə ordusunun arsenalında 134 ədəd təkmilləşdirilmiş “Leopard 2” tankı var. Almaniyaya lazım olan texnikanın ötürülməsi üçün İsveçrə parlamentinin icazəsi tələb olunacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   İsveçrə  


Bizi "telegram"da izləyin