Belə ki, Avstraliya, Hindistan, ABŞ və Yaponiyanın xarici işlər nazirləri BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayının artırılmasının lehinə çıxış ediblər.
Ordu.az-ın məlumatına görə, bu barədə nazirlərin birgə bəyanatında deyilir.
Bəyanata əsasən, iştirakçılar BMT Təhlükəsizlik Şurasının yenidən formalaşması üzrə danışıqlar prosesində "fəal və konstruktiv olaraq" iştirak etməyi öhdələrinə götürürlər.
Qeyd edək ki, martın 2-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Sammitində çıxışında BMT Təhlükəsizlik Şurasının daha nüfuzlu və coğrafi baxımdan daha ədalətli olması üçün tərkibinin genişləndirilməli olduğunu deyib.
Dövlət başçısı BMT Təhlükəsizlik Şurasının keçmişi xatırlatdığını və indiki reallığı əks etdirməyini vurğulayıb.
"Təhlükəsizlik Şurasının tərkibi genişləndirilməlidir ki, orada daha çox ölkə təmsil olunsun və coğrafi baxımdan daha ədalətli olsun.
Bir daimi yer Qoşulmama Hərəkatına verilməlidir və Qoşulmama Hərəkatına sədrlik edən ölkə növbəli şəkildə bu yerə sahib olmalıdır. Mən Qoşulmama Hərəkatına üzv ölkələri bu məsələ ilə bağlı məsləhətləşmələrə başlamağa və öz fikirlərini BMT-nin müvafiq komitəsinə təqdim etməyə çağırıram. Biz Təhlükəsizlik Şurasında Afrikaya da daimi yerlərin verilməsi fikrini dəstəkləyirik", - Prezident İlham Əliyev deyib.
Ordu.az