Ordu.az xəbər verir ki, bunu erməni politoloq Andrias Qukasyan deyib.
Onun sözlərinə görə, bu, Rusiya Federasiyası rəhbərliyinin siyasətinə qarşı açıq-aşkar demarş olacaq və Paşinyanın buna qarşı çıxmaq üçün siyasi resursları yoxdur.
“Baş verənlər yəqin ki, kiçik bir təcrübədir, başqa addımları həyata keçirmək imkanı yoxdursa, o zaman belə ikinci və üçüncü dərəcəli addımlar həyata keçirilir”, - deyə Qukasyan qeyd edib.
Qukasyan vurğulayıb ki, Ermənitsanın Kosovonun müstəqilliyini tanıması diplomatik sahədə ciddi dividendlər gətirə bilməz.
“Bu illər ərzində görülməli olan böyük işlər görülmədi. 4 hökumət dəyişib, amma Qarabağa qarşı münasibət eyni olub. Sadə bir misal, BMT-də Qarabağın “öz müqəddəratını təyinetmə hüququ” ilə bağlı heç bir məsələ yoxdur. Məsələn, gündəmdə Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı məsələ olub, hər il bu məsələ ilə bağlı müzakirələr gedib”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az