Yaponiya Ukraynanın bərpası üçün 164 milyon dollar ayıracaq

2022/02/666-1644650318.jpg
Oxunub: 269     09:29     03 Mart 2023    
Yaponiya hökuməti Ukraynaya 22,4 milyard yen yardım ayırıb.

Ordu.az xəbər verir ki, bu barədə Yaponiyanın Ukraynadakı səfiri ilə Ukraynanın yenidən qurulması üzrə baş nazirin müavini Aleksandr Kubrakovun görüşündə bildirilib.

Tərəflər Ukrayna hakimiyyəti üçün 22,4 milyard yen (təxminən 164 milyon dollar) məbləğinin ayırılması üçün sənədlər imzalayıblar.

Ayrılan vəsaitin minatəmizləmə və dağıntıların təmizlənməsi, eləcə də Ukraynada infrastrukturun və kənd təsərrüfatının bərpasına yönəldiləcəyi dəqiqləşdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Ukrayna  


Bizi "telegram"da izləyin