Hazırda Britaniya hökuməti Rusiyaya qarşı müharibəyə dəstək göstərmək üçün Ukraynanı “Typhoon”la təmin etmək üçün təzyiq altındadır və keçmiş baş nazir Boris Conson da bunu tələb edənlər arasındadır.
Ancaq Uollesə görə, Ukraynada “Eurofighter Typhoon”ları döyüş zamanı istifadə edə biləcək ixtisaslı pilotlar yoxdur. Ona görə də Britaniya Hərbi Hava Qüvvələrinin 200 əməkdaşı da Ukraynaya getməlidir.
Uolles Ukraynaya britaniyalı personalın göndərilməsinin mümkün olmadığını və “Typhoon” döyüş təyyarələrini Ukraynaya göndərə bilməyəcəklərini bildirib.

Digər tərəfdən Britaniya, Ukraynaya Sovet və ya Rusiya istehsalı döyüş təyyarələri verəcək NATO ölkələrinə, “Eurofighter Typhoon” döyüş təyyarələrini təklif edərək, bu ölkələrin qırıcı boşluğunu doldura biləcəklərini ifadə edib.
“Biz bilirik ki, NATO ölkələri arasında MiQ-29 kimi Rusiya və Sovet təyyarələrinə malik olan ölkələr var. Əgər bu ölkələr bu təyyarələri Ukraynaya tədarük etsələr, Britaniya boşluğu doldurmaq üçün öz döyüş təyyarələrini və ya hava məkanını mühafizə etmək missiyalarını təklif edəcək”, - deyə Uolles qeyd edib.
Bolqarıstan, Polşa və Slovakiya inventarlarında Rusiya və ya Sovet istehsalı olan təyyarələrə malik olan NATO-ya üzv ölkələr arasında ilk sıralardadır.
Sevinc Əliyeva
Ordu.az