Ukrayna səfiri: “TB2-lərdən fəal şəkildə istifadə edirik, Türkiyənin “Leopard” konsorsiumunda olmasını istəyirik”

2023/02/Ukray-3355197398.jpg
Oxunub: 591     20:05     02 Mart 2023    
Krım Dərnəyinin təşkil etdiyi “Krım: Doqquz illik işğal” konfransına qatılan Ukrayna səfiri Vasli Bodnar Türkiyə KİV-lərinə açıqlama verib. Vasli Bodnar TB2-lərin döyüş əməliyyatları bölgəsində aktiv istifadəsindən və Türkiyənin “Leopard” konsorsiumundakı rolundan danışıb.

Bodnar, TB-2-lərin uçmadığı iddiası ilə bağlı verilən suala cavab olaraq bildirib ki, TB2-lər müharibədə aktiv şəkildə istifadə edilir. Ukraynanın Türkiyədən tədarük etmək istədiyi sistemlərlə bağlı problem olub-olmaması ilə bağlı suala səfir Bodnar belə cavab verib: “Türkiyə rəsmiləri ilə sıx əlaqələr saxlayırıq. Biz problemləri çox tez həll edirik”.

Ukraynaya veriləcək “Leopard” tankları üçün yaradılan konsorsiuma Türkiyə bayrağı da daxil edilib. “Ötən gün prezidentlər səviyyəsində görüşlər oldu. Türkiyənin də bu konsorsiumda olmasını istəyirik”, - deyə səfir qeyd edib. O, Türkiyənin bu konsorsiuma necə qatılacağını açıqlamayıb.


Rəsmi Varşava “Leopard 2A4” tanklarından istifadə edən ölkələrlə görüşlər keçirir

Polşanın müdafiə naziri Mariuş Blaşçak Ukraynaya göndəriləcək “Leopard 2A4” əsas döyüş tankları olan ölkələrlə onlayn görüş keçirib. Mariuş Blaşçakın görüşdən sonra “Twitter” hesabında paylaşdığı qeydində İspaniya, Norveç, İsveç, Finlandiya, Polşa, Kanada və Türkiyənin bayraqları diqqət çəkib.

Polşanın müdafiə naziri Mariuş Blaşçak onlayn görüşdən sonra aşağıdakı açıqlamaları verib: “Mənim təşəbbüsümlə, biz “Leopard 2A4” tankları olan ölkələr arasında Ukrayna üçün müasir zirehli silahların tədarükçülərindən ibarət koalisiya yaratmaq üçün danışıqlar apardıq”.

Almaniya Ukraynaya “Leopard 2A4” tankları göndərə biləcəklərini açıqladıqdan sonra bəzi Avropa ölkələri Ukraynaya “Leopard 2A4” tankları göndərmək qərarına gəldiklərini bəyan ediblər. Bu çərçivədə Almaniya Ukraynaya 14 “Leopard 2A6”, Norveç 36 “Leopard 2A4”, Polşa 14 “Leopard 2A4”, Portuqaliya 4 “Leopard 2A6”, Kanada 4 “Leopard 2A4” və İspaniya 4 “Leopard 2A4” tankı göndərəcəklərini açıqlayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Türkiyə  


Bizi "telegram"da izləyin