"Papikyan müdafiə naziri kimi orduda ölüm hallarının qarşısını almaq üçün kifayət qədər addımlar atmır" - Qukasyan

2022/11/1668508061.jpg
Oxunub: 320     17:01     11 Mart 2023    
Ermənistan ordusunda qeyri-döyüş şəraitində ölüm halları dayanmır. Fevralın 19-da 19 yaşlı müddətli erməni hərbi qulluqçunun ölümü məlum olub. Hadisədən iki gün sonra Ermənistan İstintaq Komitəsi bir nəfərin həbs olunduğunu açıqlayıb.

Ermənistan Müdafiə Nazirliyi həmin gün daha bir hadisə barədə məlumat yayıb. Belə ki, Ermənistanın Müdafiə Nazirliyinə məxsus "UAZ" avtomobilinin qar uçqunu zamanı dərəyə yuvarlanması nəticəsində 2 erməni hərbi qulluqçu ölüb. Hadisə Zəngəzurun Xanabax kəndində baş verib. Hadisə nəticəsində iki müqavilə əsasında xidmət edən hərbi qulluqçu Zorand Arzumanyan və Zorak Yeranosyan ölüb.

Erməni politoloq Andrias Qukasyanın sözlərinə görə, qeyri-döyüş şəraitində ölüm halları sistemli problemlərin nəticəsidir.

"Son illər nizam-intizam məsələsi sanki kəskin problemə çevrilib. Bu, ali rəhbərlikdən, zabitlərdən başlayıb ordu quruculuğu prosesinə qədər uzanan mürəkkəb problemdir", - deyə o bildirib.

Qukasyan qeyd edib ki, Suren Papikyan müdafiə naziri kimi orduda ölüm hallarının qarşısını almaq üçün kifayət qədər addımlar atmır.

"Suren Papikyanın idarəetməsi çox keyfiyyətsizdir", - deyə erməni politoloq əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qukasyan   Ermənistan  


Bizi "telegram"da izləyin