ABŞ-da zəlzələ olub

2023/02/sdf78-1675680907.jpg
Oxunub: 320     06:15     25 Fevral 2023    
ABŞ-ın Alyaska sahillərində 4,6 bal gücündə zəlzələ qeydə alıblar.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Xidmətin məlumatına görə, təbii fəlakətin episentri təxminən 150 nəfərin yaşadığı Port Qrem şəhərindən 51,2 km şimal-qərbdə olub.

Zəlzələnin ocağı 38 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Zəlzələ  


Bizi "telegram"da izləyin