Ordu.az xəbər verir ki, bunu İsveçin müdafiə naziri Pal Yonson deyib.
O, həmçinin qeyd edib ki, 50 ədəd CV90 piyada zirehli maşını da Ukraynaya göndəriləcək.
İsveç əhəmiyyətli miqdarda HAWK hava hücumundan müdafiə sisteminin komponentləri və sursatlarını da Ukraynaya bağışlayacaq. Komponent və sursatların dəyəri bir neçə yüz milyon avro olacaq.
“İsveç həmçinin IRIS-T hava hücumundan müdafiə sisteminə çox ehtiyac duyulan komponentləri Ukraynaya tədarük edəcək. Almaniya ilə əməkdaşlıq çərçivəsində atılacaq bu addım Ukraynada IRIS-T-nin imkanlarını artırmağa imkan verəcək”, - o deyib.
***
İsveç Ukraynaya “Leopard” tankları göndərəcəyini təsdiqləyib.
Ordu.az xəbər verir ki, bu barədə İsveç Baş nazirinin ofisi məlumat yayıb.
“İsveç “Leopard 2” tankları vasitəsilə Ukraynaya dəstək vermək üçün “Leopard ailəsi”nə qoşulur. Bugünkü hərbi paketə əlavə Hava Hücumundan Müdafiə komponentləri də daxildir. Biz Ukraynaya müharibədə qalib gəlməyə kömək etməyə davam edəcəyik”, - məlumatda qeyd edilib.
Ordu.az