Polşanın Baş naziri Ukraynaya "Leopard" tanklarını çatdırıb - YENİLƏNİB

2022/06/Leopa-1654253399.jpg
Oxunub: 718     16:23     24 Fevral 2023    
Polşanın Baş naziri Ukraynaya səfəri zamanı bu ölkəyə “Leopard” tankları aparıb.

Ordu.az Associated Press-ə istinadən xəbər verir ki, Polşa Prezidenti Andrej Duda Baş nazir Mateuş Moravietski fevralın 24-də Kiyevə səfəri zamanı Polşanın vəd etdiyi “Leopard” tanklarının ilk partiyasını çatdırdığını təsdiqləyib.

Qeyd edək ki, Polşa Ukraynaya 14 "Leopard" döyüş tankları verəcəyini bildirmişdi. Moravietskinin Ukraynaya neçə tank gətirdiyi açıqlanmır.

***

Polşanın bu gün yolladığı “Leopard 2” tankları artıq Ukraynadadır.

Ordu.az xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Mariuş Blaşak bildirib.

***

Polşa bu gün, fevralın 24-də Ukraynaya “Leopard 2” tanklarının ilk partiyasını göndərəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd edək ki, Polşanın baş naziri Mateuş Moravietski bu gün Kiyevdə səfərdədir.

Xatırladaq ki, daha əvvəl Polşanın Ukraynaya “Leopard” tədarük etməsi ilə razılıq əldə olunmuşdu.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Polşa   Ukrayna  


Bizi "telegram"da izləyin