"Aİ ölkələri indiyə qədər Ukraynaya 67 milyard dollar hərbi yardım edib" - Leyen

2023/02/1677230913.jpg
Oxunub: 269     13:27     24 Fevral 2023    
Putin Ukrayna müharibəsində strateji hədəflərinin heç birinə nail ola bilməyib.

Ordu.az xəbər verir ki, bunu Tallində səfərdə olan Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Estoniya Baş naziri Kaya Kallas və NATO Baş katibi Yens Stoltenberqlə birgə mətbuat konfransında deyib.

Avropa Komissiyasının Prezidenti bildirib ki, Rusiya bu müharibəyə görə güclü sanksiyalara məruz qalıb, dünyadan təcrid olunub, hərbi sahəni maliyyələşdirən əsas gəlir mənbəyini (neft,qaz - red.) itirib.

"Müharibə başladığı ilk gündən biz Ukraynaya öz dəstəyimizi ifadə etmişik və Ukrayna xalqının qalib gələcəyini inanmışıq, çünki Ukrayna xalqı cəsarətlə mübarizə aparır, çünki Ukraynanın müttəfiqləri onun yanındadır və ona dəstəkdə sadiq olaraq qalır", - Ursula von der Leyen vurğulayıb.

Ursula von der Leyen bildirib ki, bu müharibədə Rusiya rejimi rus gənclərini vasitə kimi istifadə edib və müharibə minlərlə rus gənci heç uğrunda ölüb.

Avropa İttifaqının və üzv ölkələrini Ukraynaya dəstəyini vurğulayan Avropa Komissiyasının Prezidenti deyib ki, Aİ ölkələri indiyə qədər Ukraynaya 67 milyard dollar hərbi yardım edib, minlərlə ukraynalı hərbçi üzv ölkələrdə təlim keçib və bu, davam edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ukrayna  


Bizi "telegram"da izləyin