“Ermənistan formal müstəqil dövlətdir, Ermənistan rəhbərliyi tam olaraq Kremlə tabedir” - Qukasyan

2022/11/1668508061.jpg
Oxunub: 426     15:44     24 Fevral 2023    
Birləşmiş Millətlər Təşkilatının işçi qrupu 2023-cü il fevralın 20-dən 27-dək Ermənistana ilk səfərini edəcək. Bu barədə BMT-nin Ermənistandakı nümayəndəliyindən məlumat verilib. İşçi qrupu İrəvan və Zəngəzura səfər edəcək.

Ordu.az xəbər verir ki, erməni politoloq Andrias Qukasyanın sözlərinə görə, bu, yerlərdə ciddi dəyişikliklərə səbəb olacaq.

Qukasyan bildirib ki, Ermənistan rəhbərliyi tam olaraq Kremlə tabedir.

“Ermənistan formal müstəqil dövlətdir, Ermənistan rəhbərliyi tam olaraq Kremlə tabedir, beynəlxalq aləmdə isə Ermənistan rəhbərliyi yalnız 10 faiz bizim dövlətimizin maraqlarını qoruyur, 10 faiz beynəlxalq imkanlardan istifadə edir”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin