Ordu.az xəbər verir ki, bu barədə Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada Bakıda Yaponiyanın milli bayramı – Təvəllüd Günü münasibətilə keçirilən tədbirdən öncə jurnalistlərə bildirib.
Səfirin sözlərinə görə, Yaponiya ilə Azərbaycan arasında dostluq münasibətləri çox yüksək səviyyədədir və inkişaf edir.
“Keçən il biz diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd etdik. Biz növbəti 30 il üçün münasibətlərimizi müsbət səmtdə inkişaf etdirmək istiqamətində addımlar atacağıq. Çalışırıq ki, münasibətlər inkişaf etsin. Hesab edirəm ki, bugünkü tədbir ölkələrimiz arasında münasibətlərin inkişafına vəsilə olacaq”, - diplomat qeyd edib.
Ordu.az