Finlandiya Ukraynaya növbəti hərbi yardım paketini təsdiqləyib

2022/09/b4973-1662135202.jpg
Oxunub: 305     15:21     23 Fevral 2023    
Finlandiya Ukraynaya növbəti, 13-cü hərbi yardım paketini təsdiqləyib.

Ordu.az “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, hərbi yardım paketinə müxtəlif müdafiə avadanlıqları ilə yanaşı, həm də 3 “Leopard 2” tankı daxildir. Sözügedən tanklardan istifadə ilə bağlı Ukrayna hərbçilərinə təlimlər də keçiriləcək.

Məlumata görə, Ukraynaya 13-cü yardım paketinin ümumi dəyəri 160 milyon avrodan çoxdur.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə ötən il fevralın 24-də başlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   Ukrayna  


Bizi "telegram"da izləyin