Zelenski G7 liderlərinin onlayn görüşünün açılışında iştirak edəcək

2022/12/1671686367.jpg
Oxunub: 257     12:22     22 Fevral 2023    
Ukrayna Prezidenti Volodimir Zelenski G7 liderlərinin fevralın 24-də keçirilməsi planlaşdırılan onlayn görüşünün açılışında iştirak edəcək.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə 2023-cü ildə G7-yə sədrlik edən Yaponiyanın Nazirlər Kabinetinin Baş katibi Hirokazu Matsuno məlumat verib.

O bildirib ki, görüşün əvvəlində Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı planlaşdırılır.

H.Matsuno G7 liderlərinin danışıqlarında Ukraynadakı vəziyyətin diqqət mərkəzində olacağına əminliyini ifadə edib, lakin qarşıdan gələn onlayn görüşün gündəliyinin təfərrüatını açıqlamayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin