Babayan Qarabağda aktivləşir | O, aktiv görüşlər keçirir, Vardanyanın “yerini” tutmağa tələsir

2020/12/00-70-1608287552.jpg
Oxunub: 400     11:14     22 Fevral 2023    
Qarabağdakı qanunsuz “hərbi birləşmənin keçmiş komandiri” Samvel Babayan 44 günlük müharibədən sonra “qəhrəman titulu”ndan və “təhlükəsizlik şurasının katibi vəzifəsi”ndən imtina edərək uzaqlaşdığı Qarabağın “siyasi həyatı”na yenidən inteqrasiya edir.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri yazıb.

Nəşr qeyd edib ki, Babayanın vaxtilə etdiyi hərəkətlər məsuliyyətdən yayınmaq və məğlubiyyətin günahını hərbi-siyasi rəhbərliyin çiyninə yükləmək cəhdi kimi qiymətləndirilib.

“Ötən gün Babayan Xankəndidə təşkil olunmuş tədbirdə iştirak edirdi. Doğrudur, o, “Qarabağ”ın (qondarma qurum – red.) “indiki və keçmiş başçıları” (separatçılar – red.) Arkadi Qukasyan və Bako Sahakyan, eləcə də “dövlət naziri” (separatçı –red.) Ruben Vardanyanla birinci cərgələrdə oturmayıb, lakin Qarabağdakı mənbələrimiz deyir ki, Babayan növbəti “seçkilər”ə hazırlaşaraq “komanda yoldaşları” ilə aktiv görüşlər keçirir. O gizlətmir ki, “konstitusiya”ya dəyişiklik edilsə, “dövlət naziri vəzifəsi”ni tutmağın əleyhinə olmayacaq, amma nə “ictimai dairələr”də, nə də “hakimiyyət dairələri”ndə ona hansısa vəzifə təklif etməyə hazırlaşmırlar”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Babayan   Qarabağ  


Bizi "telegram"da izləyin