Yaponiya və Çin təhlükəsizlik məqsədilə birbaşa rabitə xətti yaradacaq

2022/05/06550-1653117743.jpg
Oxunub: 5829     06:56     22 Fevral 2023    
Yaponiya və Çin yaxın aylarda birbaşa təhlükəsizlik rabitə xətti yaratmağa çalışacaqlar.

Ordu.az xəbər verir ki, bu barədə “Japan Today” məlumat yayıb.

Hər iki ölkənin Müdafiə Nazirliyinin yüksək rütbəli nümayəndələri arasında aparılan danışıqlardan sonra birgə qərar qəbul edilib. Eyni zamanda, Yaponiya Çini pilotsuz kəşfiyyat balonları ilə hava məkanını pozmamağa çağırıb.

Xəbərdə Tokio həmçinin Pekini vəziyyəti incələməyə və qabaqlayıcı tədbirlər görməyə çağırıb. İki ölkənin yüksəkvəzifəli rəsmiləri təhlükəsizlik danışıqları üçün yaxın günlərdə əlavə görüş keçirməlidirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Çin  


Bizi "telegram"da izləyin