O qeyd edib ki, Ermənistan tərəfi təklif etdiyi mətnə Azərbaycandan cavab alıb və bu, davamlı prosesdir.
Ordu.az xəbər verir ki, erməni politoloq Andrias Qukasyanın sözlərinə görə, hazırda Ermənistanla Azərbaycan arasında atəşkəs razılaşması yoxdur.
O qeyd edib ki, beynəlxalq müqavilə sayıla biləcək heç bir sənəd yoxdur.
“Bu gün Ermənistanla Azərbaycan arasında hər hansı bir hüquqi qüvvəyə malik sənəd yoxdur. Bir çoxlarının sənəd kimi təqdim etdiyi 10 noyabr tarixli üçtərəfli bəyannamə beynəlxalq müqavilə kimi dəyərləndirilərkən şişirdilir. Bu, sadəcə olaraq, Ermənistan tərəfinin nümayəndəsi Nikol Paşinyanın rəsmi səlahiyyətlərindən kənar qəbul etdiyi üçtərəfli qərardır”, - deyə Qukasyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az