Estoniya Aİ ölkələrinə Ukraynaya bir milyon mərmi göndərməklə bağlı çağırış edib

2022/09/1664386950.jpg
Oxunub: 302     05:58     21 Fevral 2023    
Estoniyanın xarici işlər naziri Urmas Reynsalu Avropa İttifaqı ölkələrini ölkənin təcili sursata ehtiyacı səbəbindən altı ay ərzində Ukraynaya bir milyon artilleriya mərmisi göndərməyə çağırıb.

Ordu.az xəbər verir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Estoniyanın təklifinə əsasən, Aİ ölkələri birgə satınalmalar vasitəsilə Ukraynaya bir milyon artilleriya mərmisi verə bilər”, - nazir bildirib.

Onun sözlərinə görə, bu qədər sursat istehsal edib Kiyevə təhvil vermək təxminən dörd il çəkəcək. Bununla əlaqədar olaraq, nazir Aİ dövlətlərini yarım il ərzində tapşırığın öhdəsindən gəlmək üçün istehsal gücünü əhəmiyyətli dərəcədə artırmağa çağırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Estoniya   Ukrayna  


Bizi "telegram"da izləyin