Yaponiya Zelenskini G7 sammitinə dəvət edəcək

2023/02/63f36-1676898485.jpg
Oxunub: 337     16:45     20 Fevral 2023    
Yaponiya hökuməti Ukrayna Prezidenti Vladimir Zelenskini Rusiyanın təcavüzünün birinci ildönümü ilə bağlı 24 fevralda keçiriləcək G7 onlayn sammitinə dəvət edəcək.

Ordu.az xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Fumio Kişida hakim Liberal Demokrat Partiyasının iclasında bildirib.

O həmçinin qeyd edib ki, Yaponiyada təşkil olunacaq G7 video sammitində iştirak edəcək ölkə liderləri Rusiyanın Ukraynaya qarşı təcavüzü ilə mübarizədə birliklərini nümayiş etdirəcəklər.

Bu, Yaponiyanın ev sahibliyi etdiyi ilk G7 sammiti olacaq. Virtual toplantıda Böyük Britaniya, Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya və ABŞ-dan ibarət G7 dövlətləri, həmçinin Avropa İttifaqı (Aİ) dövlətləri gözlənildiyi kimi Ukraynanı dəstəkləməyə davam edəcəklər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Zelenski  


Bizi "telegram"da izləyin