ABŞ müdafiə naziri Estoniyaya səfər edəcək

2021/09/61534-1632850624.jpg
Oxunub: 266     07:27     16 Fevral 2023    
ABŞ-ın müdafiə naziri Lloyd Ostin cümə axşamı Estoniyaya səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata əsasən, L.Ostin səfər çərçivəsində Estoniyanın baş naziri Kaya Kallas və müdafiə naziri Xanno Pevkur ilə görüşəcək.

Tərəflər Ukraynaya dəstək, ikitərəfli müdafiə əməkdaşlığı və NATO-nun fəaliyyəti ilə bağlı məsələləri müzakirə edəcəklər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Estoniya  


Bizi "telegram"da izləyin