Ordu.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü Patrik Rayder bildirib.
“Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı (NORAD) cümə günü axşam Alyaska üzərində obyektin yerini təyin edib. İki “F-22” qırıcısı … Amerika hava məkanında olarkən obyekti diqqətlə izləyə və təbiətini müəyyənləşdirmək üçün vaxtdan istifadə edərək onu müşahidə edib. Monitorinq bu gün (şənbə - TASS-ın qeydi) obyekt sərhədi keçərək Kanadanın hava məkanına düşdüyü zaman davam etdirilib.
Kanada üzərindəki səmada ölkənin “CF-18” və “CP-140” təyyarələri obyektin müşahidəsinə qoşulub. Daha sonra obyekt ABŞ “F-22”dən atılan “AIM 9X” raketi ilə vurulub.
Ordu.az