Erməni politoloq: "Nə Azərbaycan, nə də sülhməramlılar alternativ yolun çəkilməsinə imkan verməyəcəklər"

2023/02/fghgf-1676099603.jpg
Oxunub: 1691     17:29     11 Fevral 2023    
"Müharibədən sonra Qarabağa gələn böyük məbləğlər ən mühüm təhlükəsizlik problemlərinin azaldılmasına yönəldilməyib, lakin Laçın yolunun bağlanması səbəbindən bu gün yarımçıq qalan mənasız mənzil tikintisi işləri aparılıb və nə vaxt başa çatdığı bəlli deyil".

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Barduğ Qalstyan deyib.

Onun sözlərinə görə, əgər yolun bağlanması davam etsə, yaxud açılandan sonra vaxtaşırı bağlansa, bu binaları tikib başa çatdırmaq çətin ki, mümkün olsun.

"Alternativ enerji ötürülməsi yolu olmadığından, çətin ki, təhlükəsizliyi təmin edə bilək, halbuki bunun üçün bütün imkanlar var idi. Yeraltı kabel xəttini gətirmək, tunel çəkmək, alternativ yollar çəkmək, "ordu"ya sərmayə qoymaq mümkün idi, bunlar edilmədi. İnsanlar arasında şayiələr dolaşır, müxtəlif "məmurlar"a (separatçılar – red.) külli miqdarda pul mükafatı ötürüldüyü, məsələn, Vitali Balasanyana (Qarabağda qanunsuz formalaşdırılan "təhlükəsizlik şurasının katibi vəzifəsi"ndə oturmuş Vitali Balasanyan – red.) iki milyon dollar verildiyi qeyd olunur. Ən azından bu şayiələr insanlar arasında adi haldır", - deyə Qalstyan qeyd edib.

O qeyd edib ki, indiki məqamda nə Azərbaycan, nə də sülhməramlılar hansısa "alternativ yol"un çəkilməsinə imkan verməyəcəklər: "Üstəlik, dəhlizin Azərbaycan və ya Rusiya tərəfindən bağlanması, yoxsa bunun Rusiya-Azərbaycan razılaşmasının nəticəsi olması çox şübhəlidir. Rusiya tərəfindən bağlanmasa belə, Rusiyanın hansısa alətlərdən istifadə edərək açması mümkün deyilmi? Təəssüf ki, artıq iki aydır bu mexanizm işləmir.

Bu yaxınlarda Qarabağda bir neçə "başçı"dan ibarət "hökumət" formalaşıb, birinə keçmiş "rəhbər"lər Sahakyan və Qukasyan, digərinə komandası ilə Vitali Balasanyan, komandası ilə Ruben Vardanyan və komandası ilə Arayik Arutyunyan başçılıq edir. Arayik Arutyunyanla Ruben Vardanyan arasında əvvəllər kifayət qədər isti münasibətlər olsa da, Ruben Vardanyanın açıqlamalarından sonra münasibətlər daha da pisləşib".

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Sülhməramlılar   Yol  


Bizi "telegram"da izləyin