İsrail Türkiyəyə böyük miqyaslı humanitar yardım göndərəcək

2023/02/63e5f-5028048837.jpg
Oxunub: 329     11:55     10 Fevral 2023    
İsrail yaxın günlərdə Türkiyəyə böyük miqyaslı humanitar yardım göndərəcək.

Ordu.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin Rəqəmsal Diplomatiya Departamentinin direktoru David Saranqa bildirib.

Onun sözlərinə görə, hazırda güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasında Türkiyəyə yardım üçün 450 nəfərlik heyət işləyir ki, bunlar arasında xilasedicilər, tibb işçiləri, ekspertlər və s. var. İsrail XİN rəsmisi qeyd edib ki, indiyədək axtarış-xilasetmə qrupu dağıntılar altından 18 nəfəri xilas edib.

"İsrail səhra xəstəxanası bu gün səhər saatlarında fəaliyyətə başlayıb. Dünən, enerji mənbəyinə ehtiyac olmadan yenilikçi İsrail texnologiyası ilə işləyən 1-ci şəbəkədənkənar su təmizləmə sistemləri Türkiyəyə gəlib. Yaxın zamanda on minlərlə adyal, yataq kisəsi, palto və qış ləvazimatları daxil olmaqla irimiqyaslı yardım göndəriləcək. İsrail həmçinin gündə minlərlə insanı içməli su ilə təmin edən böyük su təmizləmə sistemləri göndərəcək", - Saranqa bildirib.




Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Türkiyə  


Bizi "telegram"da izləyin