Zalujnı: "Rusiyanın 2 raketi Rumıniya və Moldovanın hava məkanını pozub" - YENİLƏNİB

2023/01/fdgdf-1673790936.jpg
Oxunub: 740     13:57     10 Fevral 2023    
Rusiya Silahlı Qüvvələri tərəfindən atılan 2 ədəd qanadlı raket Ukraynanın Moldova ilə sərhədini keçib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrini komandanı Valeriy Zalujnı “Telegram”da bildirib.

Onun sözlərinə görə, yerli vaxtla təxminən saat 10:30-da bu raketlər Rumıniyanın hava məkanını da keçib, sonra onlar yenidən üç ölkənin sərhədinin kəsişdiyi yerdən Ukrayna ərazisinə daxil olub.

Zalujnı qeyd edib ki, raketlər Qara dənizdən buraxılıb.

****

Ukraynaya atılan raketlərdən biri Rumıniyanın hava məkanında daxil olub.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Bildirilib ki, bu, NATO-nun hava məkanına müdaxilədir.

****

Ukraynaya atılan raketlərdən biri Moldovanın hava məkanına daxil olub.

Ordu.az UNIAN-a istinadən xəbər verir ki, bunu Nikolayev vilayət qubernatoru Vitaliy Kim bildirib.

Qeyd edək ki, Rusiya bu gün səhər saatlarından etibarən Ukrayna ərazisini kütləvi raket hücumlarına məruz qoyub.

****

Rusiya Silahlı Qüvvələri Ukraynanın müxtəlif şəhər və vilayətlərini kütləvi raket hücumuna məruz qoyub.

Ordu.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, Kiyev, Dnepropetrovsk, Krivoy- Roq, Zaporojye, Dnepr, Vinnitsa, Xarkov, Nikolayev, Odessa şəhər və vilayətlərində partlayış səsləri eşidilib.

Vətəndaşlara sığınacaqlardan çıxmamaq barədə xəbərdarlıq edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Müharibə  


Bizi "telegram"da izləyin