Çin ABŞ səmasında görünən hava şarının ona məxsus olduğunu təsdiqləyib

2023/02/1675400966.jpg
Oxunub: 6935     18:15     03 Fevral 2023    
ABŞ üzərində görünən hava şarı Çindən uçub və o elmi araşdırmalar üçün istifadə edilən mülki aparatdır.

Ordu.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik hava şarının ABŞ ərazisi üzərində olmasına təəssüfləndiyini bildirib. Belə ki, şar güclü külək səbəbindən marşrutdan çıxıb.

Xatırladaq ki, bu gün ABŞ rəsmiləri ölkənin şimal hissəsində uçan hava şarı aşkarlandığını və onun hərəkət trayektoriyasının diqqətlə izləndiyini bildiriblər.

Pentaqon isə şarı Çinin ABŞ-ın hərbi obyektlərini müşahidə etmək məqsədilə göndərdiyini bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   ABŞ  


Bizi "telegram"da izləyin