“İran ətrafında baş verən hadisələr Ermənistan üçün çağırış və təhlükədir” - Arzumanyan

2022/11/arzum-1668154301.jpg
Oxunub: 431     17:28     03 Fevral 2023    
“Bu, İrana xəbərdarlıq və sillədir”.

Ordu.az xəbər verir ki, bunu hərbi-siyasi məsələlər üzrə erməni ekspert Hraçya Arzumanyan deyib.

Arzumanyanın sözlərinə görə, İran ətrafında cərəyan edən proseslər Ermənistan üçün çağırış və təhlükədir.

“İranda hərbi əməliyyatlar başlasa, bizim ciddi idarəetmə və təhlükəsizlik problemlərimiz olacaq”, - deyə o qeyd edib.

Erməni ekspert bildirib ki, Rusiya və Türkiyə Cənubi Qafqazda və hətta Ermənistanda müharibəyə getməyə hazır deyil.

“Azərbaycanın böyük müharibəyə gedəcəyini düşünmürəm, Rusiya isə dəlidir, məntiqli addımlar gözləmək lazım deyil”, - deyə Arzumanyan yekunlaşdırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Ermənistan  


Bizi "telegram"da izləyin