Ordu.az xəbər verir ki, sənədli film üçün “Baykar” İdarə Heyətinin sədri Səlcuq Bayraktar və baş direktor Haluk Bayraktar ilə xüsusi müsahibə aparılıb.
Haluk Bayraktar müsahibədə Ukraynada açılacaq istehsal müəssisəsi ilə bağlı sualları cavablandırıb.
“Bu kimi texnoloji qurğular təkcə bugünkü çağırış üçün deyil. Bu, həm də Ukraynanın gələcəyi üçün lazımdır”, - deyə o qeyd edib.
Haluk Bayraktar bildirib ki, prezident Zelenski 2019-cu ilin avqustunda “Baykar Teknoloji”nin əsas fabrikini ziyarət edərkən Ukraynada belə bir obyekt qurmaq arzusunu ifadə edib. O, bu mövzuda işlərə başlanıldığını və fabrik üçün Kiyevdə yer alındığını bildirib.
Türkiyə Cümhuriyyətindən icazələr alınaraq qurulacaq obyekt Türkiyədəki kimi olacaq. Ukraynada açılacaq istehsal müəssisəsinin arxitektura layihələrinin də tamamlandığını bildirən Haluk Bayraktar bu cür texnoloji qurğuların təkcə bu gün yaşanan çətinlik üçün deyil, həm də Ukraynanın gələcəyi üçün zəruri olduğunu deyib.
Sevinc Əliyeva
Ordu.az