“Altay” tankının yerli ötürücü qutusu işə salınıb

2023/02/sdfds-1675419490.jpg
Oxunub: 331     16:32     03 Fevral 2023    
Türkiyənin “Altay” tankı üçün istehsal edilən yerli ötürücü (transmissiya sistemi) qutusu işə salınıb.

Ordu.az xəbər verir ki, bu barədə məlumat Türkiyə mətbuatında yayılıb.

“Batu” adlı güc qrupuna daxil olan ötürücü qurğu bir neçə gün əvvəl aktivləşdirilib. Güc qrupunun soyutma paketinin də işə salındığı bildirilir.

Qeyd edək ki, güc qrupu “BMC Güç” şirkəti tərəfindən istehsal edilib. Güc qrupuna mühərrik, ötürücü qutu, soyutma sistemi daxildir.

Xatıraldaq ki, “Altay” tankında ilk öncə Cənubi Koreya istehsalı mühərrikdən istifadə ediləcək. Cənubi Koreyanın “SNT Heavy Industries” şirkəti ilə BMC arasında 1500 at gücündə mühərriklərin tədarükü üçün müqavilə imzalanıb. Sövdələşmənin ümumi dəyəri 200 milyon avrodur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Altay   Türkiyə  


Bizi "telegram"da izləyin