Türkiyənin “Fırtına” artilleriya qurğuları üçün yerli mühərriklər hazırlanır

2023/02/sdfsd-1675419394.jpg
Oxunub: 386     16:00     03 Fevral 2023    
Türkiyə ordusunun istifadə etdiyi “Fırtına” Özüyeriyən Artilleriya Qurğuları (ÖAQ) üçün yerli mühərriklər hazırlanır.

Ordu.az xəbər verir ki, bu barədə “BMC Güç” şirkətinin baş direktoru Mustafa Kaval məlumat verib.

Bildirilir ki, artilleriya qurğularına 1000 at gücünə malik “Utku” adlı mühərriklər quraşdırılacaq. Mühərriklərin dizayn işləri tamamlanıb.

O qeyd edib ki, “Fırtına” sistemləri 2025-ci ildə yerli mühərriklərlə təchiz ediləcək.

Kaval mühərriklərin 75%-dən çox yerli olduğunu bildirib. O, indiyədək 10 “Utku” mühərrik prototipinin istehsal olunduğunu qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Fırtına  


Bizi "telegram"da izləyin