Ordu.az xəbər verir ki, bu barədə “BMC Güç” şirkətinin baş direktoru Mustafa Kaval məlumat verib.
Atəşə nəzarət sistemi ASELSAN şirkəti tərəfindən hazırlanmış “Arpan-155” oxşar atəş gücünə malik sistemlərlə müqayisədə yüksək strateji, əməliyyat və taktiki mobilliyə malikdir.
Onun sözlərinə görə, dost və müttəfiq ölkələr “Arpan” sistemləri ilə maraqlanır. Bu kontekstdə sistemdən əhəmiyyətli ixrac uğurları gözlənilir.
Dəqiqədə 6 atəş edə bilən sistem 1 dəqiqəyə öz mövqeyini tərk edə bilir. Başqa sözlə, “Arpan” cəmi üç dəqiqə kimi qısa müddətdə intensiv atəş dəstəyi verə bilir.
Sevinc Əliyeva
Ordu.az