Ordu.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Mustafa Kaval məlumat verib.
O bildirib ki, mühərriklərin “Azra Gen1” adlı ilk nəsli artıq yol sınaqlarını başa vurub, “Azra Gen2”nin dizayn prosesi davam edir.
Mühərriklərin Türkiyənin yerli istehsal “Marlin” adlı insansız dəniz platformalarında istifadə ediləcəyi bildirilir.
“Azra” 8×8 təkər formullu zirehli maşınlarda və yedək maşınlarında istifadə üçün nəzərdə tutulmuş sıralı altı silindrli 12,8 litrlik dizel mühərrikidir. O, turbomühərrikli qidalanma ilə 600 at gücü istehsal edir.
Sevinc Əliyeva
Ordu.az