Ermənistanda Hərbi Prokurorluq Mühəndis Qoşunları İdarəsinin anbarında 93 milyon dram çatışmazlıq aşkarlayıb

2023/02/dfgdf-1675419123.jpg
Oxunub: 337     16:11     03 Fevral 2023    
2 noyabr 2022-ci il tarixindən 2023-cü il yanvarın 12-dək Ermənistan Hərbi Mərkəzi Prokurorluğunun Dövlət Maraqlarının Müdafiəsi İdarəsi ölkənin Silahlı Qüvvələrinin Mühəndis Qoşunları İdarəsinin mərkəzi mühəndis anbarında araşdırma aparıb.

Ordu.az xəbər verir ki, Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

Qeyd olunub ki, Ermənistan Silahlı Qüvvələrinin ehtiyacları üçün verilən maddi ehtiyatların keyfiyyət göstəricilərinin satınalma müqavilələrinin texniki şərtləri ilə müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılıb.

“Aparılan kompleks araşdırmalar nəticəsində 93 milyon 723 min 544 dramlıq kəsir və 4 milyon 355 min 725 manatlıq profisit qeydə alınıb, mühəndis texnikalarının ehtiyat hissələri də daxil olmaqla ümumi dəyəri 198 milyon 590 min 916 dram olan material ehtiyatlarının müqavilələrin texniki şərtləri ilə müəyyən edilmiş tələblərə cavab vermədiyi aşkar edilib. Ermənistan Hərbi Mərkəzi Prokurorluğunun Dövlət Maraqlarının Müdafiəsi İdarəsi tərəfindən aparılan, yuxarıda qeyd olunan araşdırmalar nəticəsində Ermənistan İstintaq Komitəsinin Hərbi İstintaq Baş İdarəsinə təqdim edilmiş məlumat əsasında 5 cinayət işi başlanıb”, - deyə məlumatda bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Mühəndis-Qoşunları-İdarəsi  


Bizi "telegram"da izləyin