Erməni siyasi xadim: “Lavrov, mütəxəssis və dost kimi gözümüzün qabağında çökür”

2023/02/sdfsd-1675419010.jpg
Oxunub: 411     15:56     03 Fevral 2023    
“Böyük bir ölkənin, özü də strateji tərəfdaşın qeydiyyata alınmış vasitəçisinin və təhlükəsizliyin zəmanətçisinin təcrübəli, məlumatlı baş diplomatı bir insan, mütəxəssis və dost kimi gözümüzün qabağında çökür”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi xadim Raffi Hovhannisyan Sergey Lavrovun Ermənistanı işğalçı adlandırmasını şərh edərkən bildirib.

“İlk dəfə deyil ki, dil sürüşməsi, yaxud da Ermənistanın əlaqəsiz hakimiyyətinin bir-biri ilə əlaqəsi olmayan addım ifadəsinin hiyləgər imitasiyası deyək. Ümid edirəm ki, o, bizim ali təqlidçimiz kimi, əslində öz dövlətinin həyati milli maraqlarını təmsil etmir”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hovhannisyan   Ermənistan   Lavrov  


Bizi "telegram"da izləyin