“Altay” tankının mühərriki üçün Cənubi Koreya ilə müqavilə imzalanıb

2023/02/BMC-A-1675418660.jpg
Oxunub: 399     15:10     03 Fevral 2023    
Cənubi Koreyanın “SNT Heavy Industries” şirkəti ilə Türkiyənin BMC şirkəti arasında 1500 at gücünə malik avtomatik transmissiyanın ixracı üçün müqavilə imzalanıb.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə mətbautı məlumat yayıb.

“Altay” tankında istifadə olunacaq avtomatik transmissiyanın ixracı üçün müqavilənin ümumi dəyəri 200 milyon avrodur. Bundan əlavə, müqavilə müxtəlif variantlardan ibarətdir.

Bildirilib ki, ixrac müqaviləsi “Altay” əsas döyüş tankında səkkiz aylıq sınaqlardan sonra imzalanıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Altay   Cənubi-Koreya  


Bizi "telegram"da izləyin