“Challenger 2” tanklarında təlim keçəcək ukraynalı hərbçilər Britaniyaya gedib

2023/02/sa45d-1675418584.jpg
Oxunub: 363     14:44     03 Fevral 2023    
“Challenger 2” tanklarında xidmət edəcək ukraynalı heyət təlimlərə başlamaq üçün Britaniyaya gedib.

Ordu.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Qeyd edək ki, Britaniya Müdafiə Nazirliyi Ukraynaya 2,3 milyard funt sterlinq dəyərində yeni yardım paketi açıqlayıb. Paketdə “Challenger 2” tanklarının da olduğu qeyd olunub. Bu çərçivədə “Challenger 2” tankları ilə xidmət edəcək ukraynalı personalın təlimə başlamaq üçün Britaniyaya getdiyi açıqlanıb.

BBC-nin verdiyi məlumata görə, Britaniya Ukraynaya 14 ədəd “Challenger 2” əsas döyüş tankı tədarük edəcək. Bundan əlavə, 30 ədəd AS-90 özüyeriyən artilleriya qurğularının da veriləcəyi qeyd olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Challenger-2   Britaniya  


Bizi "telegram"da izləyin