Blinken gələn həftə Çin Xalq Respublikasının Sədri ilə görüşəcək

2023/02/1675400855.jpg
Oxunub: 250     06:20     03 Fevral 2023    
ABŞ dövlət katibi Entoni Blinken gələn həftə Pekinə səfəri zamanı Çin Xalq Respublikasının Sədri Si Cinpinlə görüşəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” öz mənbələrinə istinadən yazıb.

ABŞ dövlət katibi fevralın 5-6-da Çin nümayəndələri ilə Ukraynadakı müharibəni müzakirə edəcək.

Beləliklə, Blinken son beş ildə Çin rəhbəri ilə görüşən ilk ABŞ dövlət katibi ola bilər.

ABŞ Dövlət Departamenti və Çinin Vaşinqtondakı səfirliyi məlumatı şərh etməkdən imtina edib.

Qeyd edək ki, ABŞ-Çin münasibətləri son vaxtlar Tayvan, ticarət və COVID-19 pandemiyasına qarşı mübarizə ilə bağlı fikir ayrılıqları səbəbindən gərginləşib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ-Çin  


Bizi "telegram"da izləyin