Ordu.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Qeyd olunub ki, FTB Pensin evində “gizli” qeyd olunan hər hansı sənədi axtaracaq. Hazırda ABŞ Ədliyyə Nazirliyi keçmiş vitse-prezidentin hüquq komandası ilə axtarışın vaxtı ilə bağlı danışıqlar aparır.
Yanvarın sonlarında Pensin İndiana ştatının Karmel şəhərindəki evində gizli sənədlər aşkarlanıb. Sənədləri onun vəkili aşkar edib və materialları FTB-yə təhvil verib.
Ordu.az