BMT-nin baş katibi hələlik Ukraynaya səfər etməyi planlaşdırmır

2022/03/7sd7f-1648062367.jpg
Oxunub: 208     00:20     03 Fevral 2023    
BMT-nin baş katibi Antonio Quterreş hələlik Ukraynaya səfər etməyi planlaşdırmır.

Ordu.az xəbər verir ki, bunu dünya təşkilatının rəhbərinin müavini Florensiya Soto Nino bildirib.

O, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünün ildönümü ərəfəsində Quterreşin Kiyevə səfərinin mümkünlüyü ilə bağlı sualı cavablandırarkən, “Hazırda səyahət planlarımızla bağlı heç bir məlumat yoxdur”, - deyib.

Florensiya Soto Nino əlavə edib ki, BMT-nin baş katibi fevralda Baş Assambleyanın iclasında Ukraynadakı vəziyyətlə bağlı çıxış edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT   Ukrayna  


Bizi "telegram"da izləyin