Vuçiç: “Serbiya Qərbdə müttəfiqsiz qalıb”

2022/07/ds4fd-1659294619.jpg
Oxunub: 1578     21:46     02 Fevral 2023    
"Serbiya anti-Rusiya sanksiyaları siyasətindən əsaslı şəkildə imtina etdiyi üçün Qərbdə müttəfiqsiz qalıb”.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Milli Assambleyanın (birpalatalı parlament) iclasında çıxışı zamanı deyib.

“Müasir dünyada təkbaşına hərəkət etmək olmaz. Ən ağır itkilərimiz və müharibələrimiz olanda bizim müttəfiqlərimiz var idi. Serbiyanın məsuliyyətli və dürüst mövqeyini əldə əsas tutaraq Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməməsi səbəbindən bu gün Ukraynada gedən müharibəyə görə heç kim bizi müttəfiq kimi qəbul etməzdi”, - o vurğulayıb.

A.Vuçiç qeyd edib ki, Serbiya Ukraynadakı hadisələri obyektiv qiymətləndirməyə qadirdir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Serbiya   Qərb  


Bizi "telegram"da izləyin