İlham Əliyev: "Rumıniya Prezidenti ilə ikitərəfli gündəliyimizin geniş əhatəli məsələlərinə dair çox yaxşı müzakirələr apardıq"

2023/02/af006-1675353384.jpg
Oxunub: 295     19:41     02 Fevral 2023    
"Rumıniya Prezidenti ilə ikitərəfli gündəliyimizin geniş əhatəli məsələlərinə dair çox yaxşı müzakirələr apardıq və əlaqələrimizin strateji əhəmiyyətini bir daha təsdiqlədik. Strateji tərəfdaşlar olaraq biz irəliyə doğru gedirik".

Ordu.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 2-də Rumıniya Prezidenti Klaus Yohannis ilə geniş tərkibdə görüşdə çıxışında bildirib.

Buxarestə səfəri ilə bağlı yaxşı xatirələrinin olduğunu söyləyən dövlətimizin başçısı söyləyib: “Buxarestdə imzalanmış sənəd həqiqətən də bizim qarşımızda yeni perspektivlər açır”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İlham-Əliyev  


Bizi "telegram"da izləyin