“Biz Cənubi Qafqazda ənənəvi olaraq iqtisadi və nəqliyyat əlaqələrinin açılmasının tərəfdarıyıq və Rusiya, Ermənistan və Azərbaycan liderlərinin əldə etdiyi razılaşmaların həyata keçirilməsini təmin etməyi vacib sayırıq”.
Ordu.az xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin Ermənistanın hökumət başçısı Nikol Paşinyanla danışıqları zamanı deyib.
M.Mişustin vurğulayıb ki, yeni nəqliyyat və infrastruktur marşrutlarının yaradılması regionun bütün dövlətlərinin maraqlarına cavab verir.
Ordu.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Teqlər:
Mişustin
Cənubi-Qafqaz