İsveç Baş naziri: "Son baş verənlər Türkiyə ilə dialoqumuza təsir edib"

2023/02/_1272-1675350380.jpg
Oxunub: 8473     18:34     02 Fevral 2023    
"Ötən həftələrdə İsveçdə baş verənlər bizim Türkiyə ilə yaxın və sayğılı dialoqumuza təsir edib".

Ordu.az xəbər verir ki, bunu İsveç Baş naziri Ulf Kristersson finlandiyalı həmkarı Sanna Marinlə birgə keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, bu gün finlandiyalı həmkarı ilə müzakirənin gündəmində NATO-ya üzvlük prosesi əsas mövzulardan biri olub.

Baş nazir Kristersson qeyd edib ki, Stokholmda baş verən son insidentlər Türkiyə və İsveç arasındakı dialoqa mənfi təsir edib.

Onun sözlərinə görə, iyunda imzalanmış üçtərəfli memorandum çərçivəsində İsveç öz öhdəliklərini yerinə yetirib və bunu etməyə davam edir: “Biz, konkret nəticələr göstərmişik".

İsveç Baş naziri terrorizmlə mübarizə çərçivəsində ölkə qanunvericiliyinə düzəliş ediləcəyini xatırladaraq vurğulayıb ki, mart ayında bu, parlamentdə müzakirə olunacaq və iyunda yeni düzəlişlər qüvvəyə minəcək.

Ulf Kristersson son həftələrdə onun ölkəsində baş verən təxribatlarla bağlı İsveçə ünvanlanan tənqidlərə də münasibət bildirib. Onun sözlərinə görə, bu hərəkətlər İsveçin xaricdəki imicinə təsir edib:

“Biz, bu hərəkətlərin gətirdiyi məyusluqları başa düşürük və paylaşırıq. Amma mən vətəndaşlarımıza bir mesaj göndərmək istəyirəm: Sakitləşək, daha böyük mənzərəyə və həqiqətən vacib olana diqqət yetirək - NATO-ya üzv olmaqla İsveçin milli təhlükəsizliyinin güclənəcəyinə diqqət yetirək”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Türkiyə  


Bizi "telegram"da izləyin