Ordu.az xəbər verir ki, bu barədə “Moldova 1” kanalı məlumat yayıb.
Bildirilib ki, ölkə parlamentinin bugünkü iclasında fövqəladə vəziyyətin müddətinin fevralın 4-dən 60 gün uzadılması qərarı qəbul edilib.
Xatırladaq ki, dünən Moldova Nazirlər Kabineti ölkədə fövqəladə vəziyyətin müddətinin uzadılmasını zəruri hesab edərək, müvafiq təklifin qəbul olunması ilə bağlı parlamentə müraciət edib.
Ordu.az