Aİ Ukrayna Silahlı Qüvvələrinə 500 milyon avro yardım ayırıb

2022/05/6c6c0-1653246376.jpg
Oxunub: 307     17:52     02 Fevral 2023    
Avropa İttifaqı (Aİ) Ukrayna Silahlı Qüvvələrinə yeddinci yardım paketini ayırıb.

Ordu.az xəbər verir ki, bununla bağlı Aİ Şurası bu gün qərar qəbul edib.

Qərara əsasən Avropa Sülh Mexanizmi çərçivəsində Avropa İttifaqı Şurası Ukrayna Silahlı Qüvvələrinə 500 milyon avro dəyərində yeddinci yardım paketi qəbul edib.

"Ukrayna öz ərazilərini və xalqını Rusiyanın işğalçı müharibəsindən qorumaq üçün lazım olan bütün hərbi texnika və təlimləri almalıdır. Onlar təkcə öz ölkələrini deyil, həm də ümumi dəyərlərimizi və beynəlxalq hüququn əsas prinsiplərini müdafiə edirlər. Bu gün yeni tədbirlər həlledici bir zamanda aydın mesaj verir: biz Ukraynaya lazım olduğu qədər və lazım olduğu müddətdə dəstəyimizi davam etdirəcəyik”, - Aİ-nin Xarici siyasət və Təhülkəsizlik məslələri üzrə Ali Nümayəndəsi Cozep Borrell bildirib.

Qeyd edək ki, yeddinci paketlə Aİ-nin Ukrayna üçün Avropa Sülh Mexanizmi çərçivəsində ümumi töhfəsi 3,6 milyard avroya çatacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ukrayna  


Bizi "telegram"da izləyin