Zelenski: Rusiyanın sanksiyalardan yayınma qabiliyyətini azaltmalıyıq

2022/12/1671686367.jpg
Oxunub: 234     16:18     02 Fevral 2023    
Ukrayna Prezidenti Vladimir Zelenski Aİ-nin Rusiyaya qarşı yeni sanksiyalarının ən sürətli və keyfiyyətli həyata keçirilməsinin vacib olduğunu deyib.

Ordu.az xəbər verir ki, bu barədə o, Kiyevdə Avropa Komissiyasının sədri Ursula von der Leyenlə birgə brifinqdə bildirib.

"Biz Rusiyaya qarşı yeni sanksiyaları, xüsusən də Avropa İttifaqının onuncu sanksiyalar raketini müzakirə etdik. Avropanın ümumi vəzifəsi Rusiyanın sanksiyalardan yayınma qabiliyyətini azaltmaqdır və bu tapşırıq nə qədər tez və yaxşı yerinə yetirilərsə, biz bir o qədər Rusiyanın məğlubiyyətinə yaxın olacağıq. Biz indi görürük ki, Avropa sanksiyaların sürətini bir qədər aşağı salıb, terrorçu dövlət isə əksinə, sanksiyalara uyğunlaşma tempini artırır”, - deyə Zelenski bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Ukrayna  


Bizi "telegram"da izləyin