Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri yazıb.
Nəşrə görə, bu, Ermənistan hakimiyyətinin erməniləri arzuolunmaz şəxs elan etməsi ilə bağlı ilk hal deyil və görünür, sonuncu da olmayacaq.
“Məlumata görə, bu proses hakimiyyət üçün xüsusi əhəmiyyət kəsb edir və xüsusi sxem hazırlanıb. Üstəlik, bu məsələ ilə konkret olaraq yüksək vəzifəli məmurlardan biri məşğul olur, onun kifayət qədər uzun siyahısı var, bu siyahıda diaspor ermənisi olan bir sıra fəallar, ictimai xadimlər var ki, onlar da hədəfdədirlər. Mənbəmiz bildirir ki, yaxın gələcəkdə bir sıra əsas nümayəndələrin adları məlum olacaq”, - deyə nəşr bildirib.
Alpər Mövludoğlu
Ordu.az