Ordu.az xəbər verir ki, bunu ABŞ-ın Nevada Universitetinin professoru, erməni siyasi elmlər doktoru Nerses Kopalyan deyib.
Kopalyanın sözlərinə görə, İranın qırmızı xətləri var, Azərbaycan onları keçsəydi, başqa hadisələr də baş verərdi.
“İran Azərbaycana açıq şəkildə bildirdi ki, qırmızı xətləri keçərsə, başqa nəticələr də olacaq. Atəşkəsi İran yox, ABŞ təmin edib. Diplomatik təzyiq Vaşinqtondan gəldi, qırmızı xətlər Tehrandan gəldi. ABŞ beynəlxalq qaydalara riayət etməyə çalışır. Zəngəzur dəhlizi məsələsi İran üçün ciddi məsələdir. Moskvanın Azərbaycanla Laçın böhranı vasitəsilə Zəngəzur dəhlizinə nail olmağa cəhd etməsi ABŞ üçün problemdir”, - deyə o qeyd edib.
Kopalyan həmçinin xatırladıb ki, ABŞ və Aİ Rusiyanın zəifləməsindən istifadə edib və regionda öz təsirlərini gücləndirməyə çalışırlar.
Alpər Mövludoğlu
Ordu.az