15 erməni əsgərin ölümünə səbəb olan kapitan ifadə verməkdən imtina edib

2023/02/dsfsd-1675330570.jpg
Oxunub: 255     16:15     02 Fevral 2023    
Yanvarın 19-da Ermənistan Müdafiə Nazirliyinin Göyçə vilayətinin Ağkilsə kəndindəki “N” saylı hərbi hissəsinin şəxsi heyətinin yaşadığı yerdə baş vermiş yanğınla bağlı iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilən erməni kapitan ifadə verməkdən imtina edib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsinin mətbuat katibi Qor Abramyan məlumat verib.

Sobanı yandırmağa cəhd edən erməni kapitana qarşı Ermənistan Cinayət Məcəlləsinin 532-ci maddəsinin 4-cü hissəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, yanğın nəticəsində erməni kapitan da yanıq xəsarətləri alıb. Onun səhhəti orta ağır qiymətləndirilir.

Qeyd edək ki, bu iş üzrə hərbi hissənin kommunal istismar xidmətinin rəisi və hərbi hissə komandirinin arxa cəbhə üzrə rəisi-komandirin arxa cəbhə və kommunal istismar xidməti üzrə müavini də təqsirləndirilən şəxs statusuna malikdir. Onların hər ikisi həbsdədir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Yanğın   Kapitan  


Bizi "telegram"da izləyin