“İravunk”: Ermənistanda dövlət orqanlarının əməkdaşları ilə səfirlik nümayəndələri arasında “atışma” baş verib

2023/02/ds45f-1675330388.jpg
Oxunub: 338     15:40     02 Fevral 2023    
Ermənistanda bir sıra səfirliklərin nümayəndələri Vazgen Sarkisyan küçəsində yerləşən 2-ci hökumət binasına çağırılıb. Lakin görüşün gündəminin Laçın yolunun bağlanması olması qənaətinə gəlməyə tələsməyə ehtiyac yoxdur.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “İravunk” nəşri yazıb.

Nəşr qeyd edib ki, üstəlik, dəvət edən tərəf heç Ermənistan Xarici İşlər Nazirliyi də deyil.

“Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi dövlət qurumlarının əməkdaşları ilə səfirliklərin nümayəndələri arasında “atışma” təşkil edib və indi, belə demək mümkünsə, respublika turnirinə yekun vurub onları mükafatlandırmağın vaxtı çatıb. “Böyük hərbi təcrübəyə” malik bir şəxs kimi mükafatlandırma mərasiminin təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyanın yüksək himayəsi və iştirakı ilə keçirilməsi planlaşdırılır”, - deyə nəşr bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İravunk  


Bizi "telegram"da izləyin